Turizm sahəsində əməkdaşlığa dair növbəti vacib memorandumu imzalanıb

WhatsApp Image 2023 07 18 at 18.46.35

İyulun 18-də «New Baku» hotelində Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası ilə Ukrayna Kurortlar Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalanması mərasimi həyata keçirilib.

Turizmplus.az xəbər verir ki, tədbirdə Azərbaycan tərəfdən nümayəndə heyəti «AHTTSA»-nın sədri Ruslan Quliyev, «Skal International Baku» klubunun prezidenti Ceyhun Aşurov, ATAA-nın sədrinin birinci müavini Əhməd Qurbanov və baş müşavir Müzəffər Ağakişiyev, eyni zamanda, «Milli QHT Forumu»-nun prezidenti Rauf Zeyni, Ukrayna tərəfdən nümayəndə heyəti isə, «Ukrayna Kurortlar Assosiasiyası» prezidenti Yuriy Kotik, Truskovets şəhərinin merinin müavini Aleksey Balitekiy və Ukraynanın Bakıdakı səfirliyinin iqtisadi məsələlər üzrə məsləhətçisi Oleq Klinçenko iştirak ediblər.

WhatsApp Image 2023 07 18 at 18.46.36

Tədbirdə həmçinin ölkədə fəaliyyət göstərən bir sıra turizm şirkətlərinin və sağlamlıq turizminə dəstək göstərən müəssisələrin nümayəndələri iştirak edib.

Mərasimdən öncə iştirakçılar çıxışlar edib, Azərbaycan və Ukrayna arasında sağlamlıq turizmi üzrə əlaqələrin və gələcək perspektivlərin geniş müzakirəsi aparılıb, həm Azərbaycan, həm də, Ukrayna vətəndaşları üçün iki ölkədə fəaliyyət göstərən müalicəvi ocaqlar daha geniş təbliğat olunması və səyahətlərin artımı yeni səviyyəyə çıxarılması əsas prioritet təyin edilib. İmzalanan memorandum sənədi sağlamlıq, tibbi turizm sahəsində qarşılıqlı, birgə əməkdaşlığı, layihələrin hazırlanması və s. məsələləri özündə əks etdirir.

WhatsApp Image 2023 07 18 at 18.46.35 2

WhatsApp Image 2023 07 18 at 18.46.35 1

WhatsApp Image 2023 07 18 at 18.44.27

Menecerlər