Bakıda sağlamlıq turizminə dair tədbir çərçivəsində B2B görüşlər keçirilib — FOTOLAR

IMG 0446 scaled

Bakıda Azərbaycan-Türkiyə Sağlamlıq Turizmi Konfransı çərçivəsində Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası (AHTTSA), «SKAL Baku» turizm peşəkarları klubu, «kaan yapım» və Media Marketinq şirkətinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə hər iki ölkənin sağlamlıq turizmi sahəsində fəaliyyət göstərən müəssisələrinin təmsilçiləri, həkimlər, turizmçilər və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib.

Turizmplus.az xəbər verir ki, tədbiri giriş sözü ilə SKAL Bakı turizm peşəkarları klubun prezidenti Ceyhun Aşırov açıb. C.Aşırov sön illərdə sağlamlıq turizmi sahəsində göstərilən yüksək statistik nəticələri tədbir iştirakçılarının nəzərinə çatdırıb. O, qeyd edib ki, Azərbaycanda sağlamlıq turizmi inkişaf edir. İndi qarşıda duran əsas iş bu inkişafı daha da sürətləndirmək və gələn turistlərin sayını artırmaqdır. Bunun üçünsə sektor təmsilçilərinin, dövlət qurumlarının bir-biri ilə əlaqəli çalışması, mövcud problemləri birlikdə həll etməsi vacib şərtdir.

IMG 0213 scaled

Daha sonra çıxış üçün söz Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyevə verilib. R.Quliyev belə görüşlərin hər iki ölkə turizmi və tibbi üçün faydalı olacağını, gələcəkdə belə tədbirlərin daha intensiv keçiriləcəyini nəzərə çatdırıb.

IMG 0219 scaled

Tədbirim davamında turizm Assosiasiyalarının, Türkiyə və Azərbaycan tibb ocaqlarının rəhbər şəxsləri, həkimlər və d. qonaqlar müxtəlif mövzularda çıxışlar ediblər.

Tədbir «business to business» (B2B) formatlə görüşlərlə davam edib.

Qeyd edək ki, Azərbaycanda ilk dəfə keçirilən sağlamlıq tədbiri və biznes görüşlərinə Türkiyənin 6-dan çox şəhərində yerləşən özəl və dövlət klinikalarından 20 dən çox həkim qatılıb.

photo 2023 07 17 13 52 04

photo 2023 07 17 13 52 06

Menecerlər