«BTB Tours» ətrafında baş verənlər: Ləğv edilən Kipr uçuşları, məhkəmə işi — II HİSSƏ

358479441 6480369598668067 1189782550941076903 n

Turizmplus.az jurnalist Rəhim Qədirovun «BTB Tours» beynəlxalq tur-operatorunun Bakı nümayəndəliyinin rəhbəri Fərid Əliyevlə söhbətinin ikinci hissəsini oxuculara təqdim edir.

«BTB Tours» ətrafında baş verənlər: Ləğv edilən Kipr uçuşları, məhkəmə işi — I HİSSƏ

— Fikrimcə, tur paketlərin satışından sonra reyslərin həyata keçirilməməsi iqtisadi cəhətdən sizin şirkətə böyük zərər verib. Bununla yanaşı, turizm sənayesində danışılanlara və bəzi KİV-lərdə yazılanlara görə, «Kompas» tur-operatorunun da qlobal bazarda «BTB Tours»a müəyyən qədər borcları var. Bununla bağlı nə deyə bilərsiniz?

— Bildiyiniz kimi, «BTB Tours» beynəlxalq tur-operatordur. Bizim Dubayda, Türkiyənin müxtəlif şəhərlərində, Misirdə və d. ölkələrdə ofislərimiz var. Biz zamanıilə «Kompas», «TUİ», «FlyCarpet» kimi böyük şirkətlərin DMC-i şirkətləri olmuşuq. «BTB Tours Azerbaijan» yalnız tur-operatordur və fərqli istiqamətlərə turlar təşkil edir. «Kompas» tur-operatoru ilə olan borclar bizim digər ölkələrdə olan ofislərimizlə bağlı olan məsələlərdir. Bildirim ki, bunlar biznes borclarıdır, bu isə təbii haldır. Yəni, iki ortaq tərəfin razılaşması ilə həll edilə bilər.

— Təbii ki. Ancaq söhbət «BTB Tours» və «Kompas» tur-operatorunun məhkəmə çəkişməsindən gedirsə, bu halda demək ki, artıq iki tərəf arasında razılaşma olunmayıb və borcların verilməsindən boyun qaçırılır?

— Mən hazırda dəqiq deyə bilmərəm ki, məhkəmə prosesi hansı durumdadır.

— İki tur-operator arasında olan bu məsələ turizm şirkətlərinin işinə də təsir göstərə bilərmi? Daha doğrusu maliyyə problemi qarşı tərəfin bazardan uzaqlaşmasına səbəb ola bilər?

— Sözün düzü, biz bazarda fəaliyyət göstərən digər bir tur-operatorun sonrakı talehi haqqında dəqiq məlumat vermək iqtidarında deyilik. Görürsünüz, biz iki həftə əvvələ qədər Kiprə uçuş planlayırdıq amma təəssüf ki, baş tutmadı. Düşünürəm ki, başqa şirkətlərin gələcək talehi barədə çalışdıqları agentliklər analiz etsə daha yaxşı olar.

— Şimali Kipr turları ilə bağlı gələcək planlarınız hansılardır?

— Bir ay ərzində bu istiqamət üzrə böyük tələb yaratmağı bacardıq. Hazırda agentliklər bizim sistemimizdən «onıy hotel» bölməsindən hotellər bronlaşdıra bilərlər. Bazarda buna tələb var. 2024-cü il yanvar ayı üçün yenidən tur paketləri satışa hazırlamağı planlaşdırırıq. Əminliklə deyə bilərəm ki, bu dəfə uça biləcəyik.

Menecerlər