İyun ayında Antalyaya 2 milyondan çox turist səfər edib — STATİSTİKA

231218 1

Antalya Valiliyinin açıqladığı məlumatlara görə, 2023-cü ilin ilk ayında hava yolu ilə şəhərə gələn ziyarətçilərin sayı əvvəlki ilin eyni dövrünə görə yüzdə 29 artaraq 5 milyon 523 min nəfərə çatıb.

Turizmplus.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, iyun ayında Antalyaya 2022-ci ilin eyni dövrü ilə müqayisədə yüzdə 15 artımla 2 milyon 141 min ziyarətçi gəlib.

1 yanvar — 30 iyun tarixləri arasında ən çox ziyarətçi 1 milyon 309 min nəfərlə Rusiyadan, 1 milyon 191 min nəfərlə Almaniyadan və 520 min nəfərlə İngiltərədən olub. Polşa, Hollandiya, Qazaxıstan, Rumıniya, Litva, İsrail, Ukrayna Antalyaya ən çox ziyarətçi göndərən ölkələr siyahısındadır.

Menecerlər