Azərbaycan bu ölkənin vətəndaşlarına hava limanında viza verilməsini dayandırır

İyunun 23-dən etibarən Azərbaycan İran vətəndaşlarına Azərbaycanın beynəlxalq hava limanlarında viza rəsmiləşdirilməsini dayandırır.

Turizmplus.az İranın Azərbaycandakı Səfirliyinə istinadən məlumat verir ki, Azərbaycana səfər edəcək İran vətəndaşlarının öncədən “ASAN viza” almaları və ya Azərbaycanın Təbrizdəki Baş Konsulluğundan viza əldə etmələri xahiş olunur.

Eləcə də, Azərbaycanın İran ilə olan quru sərhədlərinin bağlı olduğu bir daha diqqətə çatdırılır.

Menecerlər