AZAL-ın Naxçıvan aviabiletlərinin satış qaydalarında DƏYİŞİKLİK

foto

Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Bakı ilə Naxçıvan arasında reyslərə aviabiletlərin alınması prosedurunu asanlaşdıracaq. Yaxın zamanlarda biletləri yalnız onlayn şəkildə aviaşirkətin rəsmi www.azal.az saytından əldə etmək mümkün olacaq.

Aviaşirkətdən Turizmplus.az saytına verilən məlumata görə, bu dəyişiklik sərnişinin AZAL-ın kassalarında keçirdiyi vaxtını xeyli azaldacaq və biletlərin alınması prosesini onun üçün daha asan və şəffaf edəcək. Bu istiqamətdə aviabiletlərin onlayn satışına tam keçidin dəqiq tarixi daha sonra açıqlanacaq.

Respublika daxilində reyslərə aviabiletlərin dəyəri Tarif Şurası tərəfindən tənzimlənir və hazırda Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətləri üzrə Azərbaycan vətəndaşları üçün 60 manat, xarici vətəndaşlar üçün isə 70 manat təşkil edir.

Menecerlər