Turizm İnformasiya Sistemi barədə VİDEO MƏLUMAT

photo 2023 05 05 16 27 53

Xəbər verdiyimiz kimi, mayın 5-də Dövlət Turizm Agentliyi tərəfindən ölkə üzrə vahid turizm platforması rolunu oynayacaq Turizm İnformasiya Sisteminin təqdimatı keçirilib.

Turizmplus.az xəbər verir ki, Turizm İnformasiya Sistemi dövlət informasiya sistemi olmaqla “dövlət-biznes” və “biznes-biznes” rəqəmsal tərəfdaşlıq platforması kimi çıxış edir. Sistemin əsas məqsədi turizm sektorunun rəqabət qabiliyyətliliyinin artırılması, turizm sənayesi və ehtiyatları barədə dəqiq və etibarlı məlumatların toplanması və ötürülməsi, ölkə ərazisində təqdim edilən turizm xidmətlərinin keyfiyyətinin təşviqi, biznes subyektlərinin brendinq prosesinin və korporativ inkişafının dəstəklənməsidir. Sistem daxilində Turizm Reyestri və xüsusi keyfiyyət proqramı aparılır, məlumat anbarı yaradılır və elektron xidmətlərin göstərilməsi nəzərdə tutulur.

Menecerlər