USD 1.7
27 °C

YENİLƏNİR: Raket zərbəsində ölən daha bir İran generalının adı açıqlanıb – FOTO

Aprel 1, 2024 22:54 / 187
YENİLƏNİR: Raket zərbəsində ölən daha bir İran generalının adı açıqlanıb – FOTO
A-
A
A+

23:20

cbx-add


“Mediaplus” xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu məlumat yayıb.

Ölənlər arasında İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) generalı Məhəmməd Hadi Hacı Rəhimi də var.

23:00


İran İslam Respublikasının dövlət televiziyası “Press TV” İsrailin İranın Dəməşqdəki konsulluğuna endirdiyi raket zərbələri barədə məlumat yayıb.

Məlumatda bildirilir ki, hücum nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) briqada generalı Məhəmməd Rza Zahidi və onun müavini həlak olub.


Bir neçə saat öncə İsrail İranın Suriyanın paytaxtı Dəməşq şəhərindəki konsulluğuna raket zərbələri endirib.

“Mediaplus” xarici KİV-lərə istinadən xəbər verir ki, İran İslam Respublikasının Dəməşqdəki səfiri Hüseyn Əkbərinin sözlərinə görə hücum zamanı ən azı 5 nəfər həlak olub. Onların arasında diplomatlar və hərbi müşavirlər də var.

O, qeyd edib ki, “İsrailin bu hərəkəti İranın qəti cavabı ilə nəticələnəcək”.

Oxşar xəbərlər