Turoperatorların İşçi Qrupu ilə ATAA üzvləri görüşdü – BU MƏSƏLƏLƏR GÜNDƏMDƏDİR

Avqust 31, 2026 12:40 / 137
Turoperatorların İşçi Qrupu ilə ATAA üzvləri görüşdü – BU MƏSƏLƏLƏR GÜNDƏMDƏDİR
A-
A
A+

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) nəzdində fəaliyyət göstərən Turoperatorların İşçi Qrupu ilə ATAA nümayəndələri arasında görüş keçirilib.

cbx-add

Təşkilatdan Turizmplus.az saytına verilən məlumata görə, görüşün əsas məqsədi ATAA üzvləri ilə turoperatorlar arasında əməkdaşlıq əlaqələrini gücləndirmək, bu istiqamətdə yaranan bəzi çətinliklər və həlli yollarını müzakirə etmək, eləcə də turizm şirkətlərinin fəaliyyətinin daha səmərəli təşkili üçün yeni təkliflər və ideyalar ətrafında fikir mübadiləsi aparmaqdır.

ATAA-nın İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanovun iştirakı ilə keçirilən görüşdə turoperatorlar tərəfindən ATAA üzvlərinə təqdim olunan mövcud təkliflər nəzərdən keçirilib.

Bununla yanaşı, sektorda sağlam rəqabət mühitinin qorunması, qiymət siyasətində baş verən xoşagəlməz halların qarşısının alınması üçün müvafiq tədbirlərin qanun çərçivəsində gücləndirilməsi məsələləri nəzərdən keçirilib.

Bununla yanaşı GDS sistemləri vasitəsilə həyata keçirilən rezervasiya və satışlar zamanı vətəndaşlara tətbiq olunan cərimələrlə bağlı məsələlər də gündəmə gətirilib. Bu cür cərimələrin tətbiq şərtlərinin müştərilərlə bağlanan müqavilələrdə aydın şəkildə əks etdirilməsinin, onların əvvəlcədən məlumatlandırılmasının və tərəflərin hüquq və öhdəliklərinin dəqiq müəyyənləşdirilməsinin vacibliyi qeyd olunub.

Həmçinin görüşdə turoperatorların fəaliyyətinin B2B formatında qurulması məsələsi də müzakirə edilərək turizm agentlikləri ilə turoperatorlar arasında işgüzar münasibətlərin daha sistemli şəkildə təşkilinə dair təkliflər nəzərdən keçirilib.

İclas çərçivəsində ölkədə kruiz xidmətləri təklif edən şirkətlərin bu istiqamətdə fəaliyyətinin və digər ölkələrdə mövcud vəziyyətinin öyrənilməsi məsələsinə toxunulub.

Görüşdə Turoperatorların İşçi Qrupu tərəfindən daxil olan təkliflərin sistemləşdirilməsi, üzv şirkətlərin qarşılaşdığı çətinliklərin təhlili və turizm agentlikləri ilə turoperatorlar arasında səmərəli əməkdaşlığın qurulması istiqamətində fəaliyyətin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Oxşar xəbərlər