Türkiyənin Bolu vilayətində Kartalkaya xizək kurortunda hoteldə dəhşətli yanğın baş verib.

Turizmplus.az xəbər verir ki, yanğın 11 mərtəbəli otelin 4-cü mərtəbəsində saat 03:30 radələrində baş verib.
Bolu və yaxın vilayətlərdən hadisə yerinə 30 yanğınsöndürən maşını və 28 təcili yardım maşını da daxil olmaqla təcili yardım qrupları göndərilib. Yanğınsöndürmə və xilasetmə işlərinə ümumilikdə 85 texnika və 231 nəfər canlı qüvvə cəlb olunub, əlavə gücləndirici qüvvələr gəlməkdə davam edir.
Hadisə nəticəsində 10 nəfər ölüb, 32 nəfər yaralanıb.
Bolu valisi Əbdüləziz Aydın yanğının səbəbinin dərhal aydın olmadığını desə də, yanğının restoran mərtəbəsində başladığını təsdiqləyib. Aydın əlavə edib ki, hadisə zamanı oteldə 234 nəfər qonaq olub.