Dünən AJet şirkətinə məxsus İstanbul-Trabzon reysi zamanı maraqlı hadisə yaşanıb. Təyyarə planlanan saatdan təxminən 40 dəqiqə gecikmə ilə qalxış hazırlığına başlamışdı.
Turizmplus.az xəbər verir ki, qalxış öncəsi bir sərnişin gecikməyə etirazını bildirib. Mübahisə qısa zamanda böyüyərək sərnişinin pilot barədə təhqir sözləri söylədiyi iddia edilib. Əsəbiləşən pilot isə qalxmaqdan imtina edib.
Hadisə sonrası kabin heyəti və yer işçiləri müdaxilə edib. Sərnişin, həyat yoldaşı və 17–18 yaşlarında olan oğlu ilə birlikdə təyyarədən endirilib. Üç nəfər endirildikdən sonra təyyarə yenidən qalxış hazırlığına başlayıb.
Sərnişinlərin endirilməsindən sonra yaranan gecikmə qısa olub və AJet təyyarəsi Trabzon istiqamətində uğurla havaya qalxıb.

