Turizmə həsr edilən ömür: Balaş Maqsudbəyli – 71

Aprel 25, 2026 10:02 / 28
Turizmə həsr edilən ömür: Balaş Maqsudbəyli – 71
A-
A
A+

Balaş Maqsudbəyli bu həftə 71 yaşını qeyd edib.

cbx-add

Turizmplus.az xəbər verir ki, uzun illərdir Azərbaycan turizminin inkişafında mühüm rol oynayan peşəkar bələdçi Balaş Maqsudbəyli zəngin təcrübəsi və çoxşaxəli fəaliyyəti ilə seçilir.

1955-ci il 23 aprel tarixində Ordubad şəhərində anadan olan Balaş Maqsudbəyli ali təhsilini Azərbaycan Dillər Universitetində ingilis və fransız dilləri üzrə alıb. Daha sonra beynəlxalq jurnalistika və turizm sahəsində ixtisaslaşaraq SSRİ dövründə gid-tərcüməçi kurslarını bitirib.

Peşəkar fəaliyyəti dövründə o, müxtəlif beynəlxalq qurumlarda çalışıb, o cümlədən BMT, ATƏT, Belçika nümayəndəliyi və Yaponiya səfirliyində fəaliyyət göstərib. 2008–2010-cu illərdə isə Mədəniyyət və Turizm Nazirliyi nəzdində Bakı Turizm İnformasiya Mərkəzinin direktor müavini vəzifəsində çalışıb.

1984-cü ildən etibarən müstəqil bələdçi-tərcüməçi kimi fəaliyyət göstərən Balaş Maqsudbəyli ingilis, fransız, türk və rus dillərini sərbəst bilir. O, dəfələrlə “İlin bələdçisi” adına layiq görülüb.

Xidmətləri dövlət səviyyəsində də yüksək qiymətləndirilib. 2015-ci ildə “Azərbaycanın Fəxri Turizm İşçisi” adına layiq görülən Balaş Maqsudbəyli, 2023-cü ildə Azərbaycan Respublikası Prezidentinin “Tərəqqi” medalı ilə təltif olunub. Eyni zamanda, 1996-cı ildə BMT Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən sülh mükafatına layiq görülüb.

Turizm sahəsində uzunillik fəaliyyəti ilə seçilən Balaş Maqsudbəyli bu gün də aktiv fəaliyyətini davam etdirərək Azərbaycanın turizm potensialının tanıdılmasına töhfə verir.

Oxşar xəbərlər