TURİZMÇİLƏR TOPLANDI: “Summer Tour”un qərarına qarşı addımlar müzakirə edilir
Bu gün saat 11:00 radələrində 30-a yaxın turizm şirkətinin rəhbəri Bakıda bir araya gəlib.
Turizmplus.az saytının əldə etdiyi məlumata görə, görüş yerli turizm şirkətlərindən birinin ofisində keçirilir və hazırda davam edir. Toplantının əsas məqsədi Summer Tour Azerbaijan tərəfindən qəbul edilən əlavə 65 ABŞ dolları yanacaq haqqı ilə bağlı qərarın müzakirəsi və bu qərara qarşı mümkün birgə mövqenin formalaşdırılmasıdır.
Qeyd olunur ki, iştirakçılar sözügedən dəyişikliklərin bazara təsirini, agentliklər və müştərilər üçün yarada biləcəyi çətinlikləri müzakirə edir, eyni zamanda ortaq yanaşma müəyyən etməyə çalışırlar.
Görüşün nəticələri və qəbul ediləcək qərarların turizm bazarında necə təsir yaradacağı isə maraqla gözlənilir.

