Turizmçilər biznes səhər yeməyində bir araya gəlib – FOTOLAR

“Voyager Group” tur-operatorunun və Abu-Dabi Turizm Bürosunun təşkilatçılığı ilə yerli turizm şirkətlərinin nümayəndələri üçün biznes səhər yeməyi təşkil edilib.

Turizmplus.az xəbər verir ki, tədbirdə Abu-Dabi Turizm Bürosunun nümayəndəsi Aleksandra Kulikova, “Voyager Group” tur-operatorunun CEO-su Natalya Novikova, “Aviapartner” şirkətinin Bakı nümayəndəliyinin rəhbəri Zöhrab Əliyev, Xədicə Məsimova və turizm şirkətlərinin nümayəndələri iştirak edib.
Biznes səhər yeməyində iştirakçılara Abu-Dabinin turizm potensialı, hotelləri və yeniliklər barədə məlumat verilib.
Qeyd edək ki, tədbirə 70-ə yaxın iştirakçı qatılıb.