Turistlər Turizm Günü münasibətilə bu xidmətlərdən ödənişsiz yararlana bilər

Sentyabr 29, 2025 13:01 / 217
Turistlər Turizm Günü münasibətilə bu xidmətlərdən ödənişsiz yararlana bilər
A-
A
A+

29–30 sentyabr tarixlərində Turizm Günü münasibətilə Azərbaycan Turizm Bürosunun dəstəyi ilə AZAL sərnişinlərinə ölkənin bir sıra tarixi və mədəni məkanlarına pulsuz giriş imkanı təqdim olunacaq.

cbx-add

Turizmplus.az xəbər verir ki, pulsuz ziyarət edilə biləcək məkanlar:

  • “Yanardağ” Dövlət Tarixi-Mədəni və Təbiət Qoruğu

  • “Atəşgah Məbədi” Dövlət Tarixi-Memarlıq Qoruğu

  • “Basqal” Dövlət Tarixi-Mədəni Qoruğu

  • “Yuxarı Baş” Milli Tarixi-Memarlıq Qoruğu

  • “Kiş” Tarixi-Memarlıq Qoruğu

  • “Diri Baba” Türbəsi

  • Palçıq Vulkanları Turizm Kompleksi

Mədəniyyət ocaqları:

  • Şəki Xalq Tətbiqi Sənəti Muzeyi

  • Şəki Dövlət Rəsm Qalereyası

  • Xınalıq Kəndi Mədəniyyət Evi

Bundan əlavə, AZAL sərnişinləri 29–30 sentyabrda “Baku City Tour Bus” marşrutu ilə pulsuz şəhər turu edə biləcəklər.

Qeyd edək ki, bu fürsətlərdən yararlanmaq üçün sərnişinlər 2025-ci il AZAL reysinə aid boarding pass təqdim etməlidirlər.

Oxşar xəbərlər