TURİSTLƏR SEÇDİ: “BTS Group Travel” və Firuzə Fərziyeva bu ayın ƏN YAXŞILARIDIR

Azərbaycanın innovativ turizm platforması Trippost.az avqustun ən yaxşı turizm şirkəti və bələdçisini elan edib. Müştəri rəyləri və qiymətləndirmələrinə əsasən bu ayın qalibləri “BTS Group Travel” turizm şirkəti və peşəkar bələdçi Firuzə Fərziyeva olub.

Turizmplus.az xəbər verir ki, Trippost istifadəçilərinin verdiyi yüksək qiymətlər və müsbət rəylər sayəsində bu iki ad turizm sahəsindəki keyfiyyətli xidmətləri və fərqli yanaşmaları ilə fərqləniblər.
ŞİRKƏTİNİZİ İNDİ QEYDİYYATDAN KEÇİRİN !
“BTS Group Travel” müştəri məmnuniyyətinə verdiyi önəm, maraqlı tur paketləri və operativ xidmətləri ilə turistlərin etibarını qazanıb. Şirkət həm yerli, həm də xarici qonaqlara Azərbaycanı yeni baxışla təqdim edir.
Digər qalib Firuzə Fərziyeva isə Trippost platformasında qonaqlara göstərdiyi bilikli, səmimi və peşəkar yanaşması ilə bəyənilmə toplayıb. O, Azərbaycanın tarixi və mədəni irsini canlı şəkildə təqdim etməsi ilə tanınır.
BƏLƏDÇİ OLARAQ QEYDİYYATDAN KEÇİN, SİZİ TANISINLAR !
Trippost komandası hər ay bu təşəbbüslə həm turizm xidmətlərinin keyfiyyətini artırmağı, həm də sektorda çalışan peşəkarların fəaliyyətini stimullaşdırmağı hədəfləyir.