Trippost.az Milli Səyahət Platformasının təqdimatına sayılı günlər qalıb – QEYDİYYAT

Azərbaycanda fəaliyyətə başlayacaq Trippost.az – Milli Səyahət Platformasının ictimaiyyətə təqdim edilməsinə sayılı günlər qalıb.

Turizmplus.az xəbər verir ki, Trippost.az səyahət platformasında sayt ziyarətçiləri əsasən 5 kateqoriya – turizm şirkətləri, hotellər, restoranlar, bələdçilər və turlar üzrə xidmətlərlə tanış ola, xidmətlərin keyfiyyətini qiymətləndirib rəy yaza biləcəklər. Rəylər və qiymətləndirmələr nəticəsində yuxarıda sadalanan 4 (turlar istisna) kateqoriya üzrə fəaliyyət göstərən turizm obyektləri və şəxslərin reytinq cədvəli tərtib ediləcək.
QEYDİYYATDAN KEÇMƏK ÜÇÜN KLİKLƏYİN
Platforma fəaliyyətə başlayacağı ərəfədə qeydiyyatdan keçmiş biznes profillərinə email və whatsappa vasitəsilə məlumatlar, o cümlədən mavi təsdiq nişanı almaq və reytinq cədvəlində ilk pillələri tutmaq üçün təqdimatlar göndəriləcək.
Trippost.az Milli Səyahət Platforması üzərindən turizm şirkətləri tərtib etdikləri turların satışını ilkin mərhələdə oflayn, növbəti mərhələdə isə onlayn həyata keçirə biləcək.
Trippost.az saytı ilə paralel olaraq mobil tətbiqin də hazırlanması nəzərdə tutulur. Tətbiq yay mövsümündə istifadəçilər üçün əlçatan olacaq.
84 şirkət Trippost.az – Milli Səyahət Platformasında qeydiyyatdan keçib