USD 1.7
16 °C

“Toyota” satışlarda dünya birinciliyini əldən verdi – YENİ LİDER

Mart 26, 2024 10:09 / 255
“Toyota” satışlarda dünya birinciliyini əldən verdi – YENİ LİDER
A-
A
A+

2023-cü ilin sonunda “Tesla Model Y” dünyada ən çox satılan avtomobil olub və 20 ildir ki, satışlarda dünya lideri olaraq qalan “Toyota Corolla”nı birincilik mövqeyindən sıxışdırıb çıxarıb.

cbx-add

Bu barədə “Autostat” analitik agentliyi məlumat yayıb.

2023-cü ildə “Tesla Model Y” satışları 51% artaraq 1,15 milyon avtomobilə çatıb. Amerikanın elektromobili ən çox satılan modellərin reytinqində üç pillə yüksəlib. İyirmi ildir liderliyini qoruyub saxlayan “Toyota Corolla” isə 1,13 milyon avtomobillə ikinci yerə geriləyib.

Ondan sonra Toyota RAV4 krossoveri gəlir: il ərzində dünyada bu modelin 934,9 min avtomobili satılıb.

Mənbə: Banker.az

Oxşar xəbərlər