Təcili: Küveyt hava məkanını müvəqqəti olaraq bağladı

İran-Qətər münaqişəsinin bölgədə yaratdığı gərginlik fonunda Küveyt Dövləti də öz hava məkanını müvəqqəti bağladığını elan edib. Bu barədə Küveytin Mülki Aviasiya Baş İdarəsi tərəfindən rəsmi məlumat yayımlanıb.

Turizmplus.az xəbər verir ki, açıqlamada qeyd olunur ki, bu addım bölgədə artan təhlükəsizlik riskləri ilə əlaqəlidir və sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədi daşıyır. Hava məkanının nə vaxt açılacağı barədə əlavə məlumat verilmir və bu qərar “ikinci bir xəbərdarlığa qədər” qüvvədə qalacaq.
Hazırda Küveyt Beynəlxalq Hava Limanında bir sıra reyslər təxirə salınıb və bəziləri tamamilə ləğv olunub. Ölkənin milli aviadaşıyıcısı Kuwait Airways öz sərnişinlərinə səfərlərini təxirə salmaq və ya biletlərini dəyişdirmək üçün müvafiq dəstək göstəriləcəyini bildirib.