USD 1.7
20 °C

#SummerTour2024: Görüşlər, müzakirələr, “dempinq”, yeni güzəştlər

Aprel 8, 2024 14:52 / 400
#SummerTour2024: Görüşlər, müzakirələr, “dempinq”, yeni güzəştlər
A-
A
A+

Hər il olduğu kimi, bu il də “Summer Tour” tur-operatorunun təşkilatçılığı ilə Azərbaycanda fəaliyyət göstərən getmə turizm şirkətlərinin nümayəndələri bir araya gəlib.

cbx-add

“Mediaplus” xəbər verir ki, bu dəfə tədbir 3 hissədən ibarət olub.

Birinci hissədə “Summer Tour” tur-operatorunun direktoru Mahir Əhmədoğlu yerli turizm şirkətlərinin rəhbərləri ilə görüşüb, onların suallarını cavablandırıb. O, qeyd edib ki, “Summer Tour” hazırda Türkiyənin turizm bazarında ən böyük dördüncü şirkətdir.

Görüş zamanı bir çox məsələlər müzakirə edilib, o cümlədən yerli bazarda aktual problemlərin ilk sıralarında gələn “dempinq” mövzusuna toxunulub. Aydın olub ki, bu gün Azərbaycan turizm bazarında bir çox şirkətlər dempinqdən əziyyət çəksə də bunun qarşısını almaq üçün müəyyən bir strategiya yoxdur. Eyni zamanda, şirkət nümayəndələrinin transferlər, faizlər, şirkətlərə məxsus həllini tapmayan məsələ və suallarına dair də yanaşmalar dinlənilib, bəziləri yerində həll edilib.

“Summer Tour” tərəfindən Azərbaycan Turizm Agentlikləri Assosiasiyasına üzv şirkətlərə yaxın günlərdə müəyyən güzəştlərin təqdim olunacağına dair razılığa gəlinib.

Günün davamında yerli turizm şirkətlərinin menecerləri Türkiyənin 52 qabaqcıl hotelindən gələn nümayəndə ilə “workshop” zamanı görüşmək şansı əldə edib. Təşkilatçılardan bizə verilən məlumata görə, biznes görüşlərində 400-dən çox insan iştirak edib.

Gecənin sonunda sənaye nümayəndələri qala yeməyində bir araya gəlib. Gecədə həm Türkiyə tərəfindən bəzi hotellərə, həm də yerli şirkətlərin nümayəndələrinə satışlar zamanı fərqləndiklərinə görə mükafatlar verilib. Qala gecəsi musiqi proqramla davam edib.

RƏHİM QƏDİROV

Oxşar xəbərlər