Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yerləşən “Dubai International Airport” (DXB) yaxınlığında iki dronun düşməsi nəticəsində 4 nəfər yaralanıb.
Turizmplus.az xəbər verir ki, Bu barədə Dubai Media Office məlumat yayıb.
Məlumata görə, hadisə nəticəsində Qana vətəndaşı olan iki nəfər və Banqladeş vətəndaşı olan bir nəfər yüngül xəsarət alıb. Hindistan vətəndaşı olan bir nəfərin isə orta dərəcəli xəsarət aldığı bildirilib.
Rəsmi açıqlamada qeyd olunub ki, hadisəyə baxmayaraq, Dubay Beynəlxalq Hava Limanında uçuşlar normal rejimdə davam edir və hava nəqliyyatı fəaliyyətində hər hansı ciddi məhdudiyyət tətbiq olunmayıb.

