USD 1.7
11 °C

Sektorun növbəti ziyanvericiləri: NABƏLƏD BƏLƏDÇİLƏR – PEŞƏKAR RƏYİ

İyun 6, 2024 14:58 / 661
Sektorun növbəti ziyanvericiləri: NABƏLƏD BƏLƏDÇİLƏR – PEŞƏKAR RƏYİ
A-
A
A+

Yay mövsümü yaxınlaşdıqca Bakının tarixi ərazilərində, turistik məkanlarında qeyri-müəyyən “bələdçilər”in peyda olduğunu müşahidə edirik. Onların kim olması, tarixi bilikləri və bələdçilik bacarıqları hər kəsdə sual doğurur.

cbx-add

Bütün bu məsələlərlə bağlı Turizmplus.az saytı peşəkar bələdçi, Azərbaycan Respublikası Prezidentinin “Tərəqqi” medalı ilə təltif olunmuş Balaş Maqsudbəylinin fikirlərini öyrənib.

İçərişəhər və Bakının digər tarixi ərazilərində qeyri-müəyyən bələdçilər peydə olub. Onlar kimlərdir və onları kim himayə edir?

– Qeyri-müəyyən bələdçilər Dövlət Turizm Agentliyi tərəfindən sertifikat əldə etməyən “bələdçilərdir”. Onları himayə edən elə qeyri-müəyyən turizm şirkətləridir ki, onları günəmuzd olaraq çox ucuz qiymətə çalışdırırlar. Təəssüflər olsun ki, onların arasında qeyri vətəndaşlar…çinlilər, polyaklar, iranlılar və s. peyda olublar. Bələdçilər təbliğat maşınıdır. Dövlətin siyasətini gələn qonaqlara anladan peşə sahibləridir. Üzülərək söyləmək lazımdır ki, bu qeyri-peşəkar insanların nə söylədikləri belə sual altındadır. Yəni, yanlış məlumat ölkəmizə gələn xarici qonaqların ölkəmiz haqqındakı öncədən düşündüyü xoş xatirələri tamamilə alt-üst edə bilər.

Qeyri-peşəkar bələdçilərlə necə mübarizə aparmalı və onların qarşısını necə almalı?

– Əslində, qeyri-peşəkar bələdçilərin qarşısını almaq olar. Bunun üçün Dövlət Turizm Agentliyi bir mexanizm hazırlayıb inandıqları peşəkar turizmçiləri işə cəlb etməlidir. Əlində bu insanların işinin qarşısını alan rəsmi sənəd olan turizmçi hər-hansı bir muzeyin qarşısında duraraq, qonaqlarla muzeyə daxil olan qeyri-peşəkarları qonaqların elə gözünün qarşısında tur aparmaqdan məhrum etməlidir. “Dostum sizin bələdçi sertifikatınız varmı?” “Yox.” “Hansı şirkət vasitəsilə çalışırsınız?” “Filan şirkət”. Zəhmət olmasa buranı tərk edin. Bu qədər bəsit. Göstərilən şirkətə zəng edilir və bu üzdəniraq bələdçinin bir daha işə cəlb edilməməsi tələb edilir. Hətta, buna görə DTA şirkətə cəza belə tətbiq edə bilər. Bu hal bir-iki dəfə baş versə, inanın heçbir şirkət sertifikatsız bələdçini işə cəlb etməz. Milliyətindən və vətəndaşlığından asılı olmayaraq bu hal hamıya tətbiq edilməlidir.

Turizm şirkətlərinə, eyni zamanda vətəndaşlara peşəkar bələdçilərin seçimi ilə bağlı hansı məsləhətləriniz var?

– Bələdçilər Assosiasiyası sertifikatı olan bələdçilərin siyahısını turizm şirkətlərinə hər il yeniləyərək göndərsə, daha yaxşı olar. Dövlətimizin siyasət istiqamətini düzgün yönləndirmək önəmlidir. Əslində, Bələdçilər Dövlət təbliğatının ən önəmli səfirləridir. Sükanı tam olaraq sertifikat əldə edən bələdçilərə etibar etmək lazımdır. Bu mexanizm işə düşərsə, inanıram ki, bələdçilərin işi daha da düzgün müstəvidə çalışar və Azərbaycan turizmində yeni uğurlar əldə edərik.

MÜƏLLİF: RƏHİM QƏDİROV

Oxşar xəbərlər