“Ryanair”in paylaşımı sosial şəbəkələrdə maraqla qarşılanıb – FOTO

May 15, 2026 15:28 / 88
“Ryanair”in paylaşımı sosial şəbəkələrdə maraqla qarşılanıb – FOTO
A-
A
A+

İrlandiyanın aşağıbüdcəli aviadaşıyıcısı Ryanair sosial şəbəkə hesablarında diqqətçəkən və yumoristik məzmun paylaşıb. Turizmplus.az xəbər verir ki, paylaşımda bir gəncin qolundakı “ANA” döyməsinin sonradan kreativ şəkildə “ryANAir” formasına dəyişdirilməsi əks olunub.

cbx-add

Şirkətin bu paylaşımı qısa müddətdə geniş yayılıb və istifadəçilər tərəfindən maraqla qarşılanıb. Xüsusilə yaradıcı yanaşma və brendə uyğun yumor izləyicilərin diqqətini cəlb edib.

Sözügedən kontent Azərbaycanda da sosial şəbəkə istifadəçiləri tərəfindən gülməli və maraqlı hesab olunaraq paylaşılıb və müzakirələrə səbəb olub.

Mütəxəssislər qeyd edir ki, bu cür kreativ və qeyri-adi paylaşımlar aviaşirkətlərin rəqəmsal marketinq strategiyalarında auditoriya ilə daha yaxın əlaqə qurmasına xidmət edir.

Oxşar xəbərlər