Rusiya Federasiyasına səfər edən sərnişinlərin nəzərinə çatdırırıq ki, üzərlik bitkisinin aparılması sözügedən ölkənin Cinayət Məcəlləsinin 229.1-ci maddəsinə əsasən (narkotik vasitələrin qanunsuz dövriyyəsi) cinayət məsuliyyəti yaradır.
Turizmplus.az xəbər verir ki, bu barədə məlumatı milli aviaşirkət yayıb.
“Xahiş edirik, səfər öncəsi baqajınızda və əl yükünüzdə üzərlik və digər qadağan edilən əşyaların olmamasına diqqət yetirəsiniz”, – deyə məlumatda bildirilir.

