USD 1.7
25 °C

RƏHİM QƏDİROV: Tələbələr BTPM-də təhsil alaraq həm də beynəlxalq diplomla təmin edilir

İyul 8, 2024 12:33 / 232
RƏHİM QƏDİROV: Tələbələr BTPM-də təhsil alaraq həm də beynəlxalq diplomla təmin edilir
A-
A
A+

“Tələbələr Bakı Turizm Peşə Məktəbində təhsil alaraq həm də beynəlxalq diplom almaq imkanı qazanacaqlar”.

cbx-add

Bu sözləri BTPM-nin mətbuat katibi Rəhim Qədirov Turizmplus.az saytına açıqlamasında bildirib. R.Qədirov qeyd edib ki, Dövlət Turizm Agentliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyi, Bakı Turizm Peşə Məktəbi, “CASA Baku” Kulinariya Məktəbi ilə birlikdə “Aşpazlar üçün pilot tədris qrupunun yaradılması” layihəsini reallaşdırır.

“Layihənin əsas məqsədi qastronomiya turizminin inkişafı, milli kulinariya komandasının kadr potensialının və ümumilikdə kulinariya təhsilinin inkişafı istiqamətində işlərin gücləndirilməsidir.

Layihə çərçivəsində xüsusi bacarıqları olan 20 tələbəyə peşə təhsili səviyyəsində bir il ərzində “Aşpazlıq” ixtisası üzrə “CASA Baku” Kulinariya məktəbinin mütəxəssisləri ilə yanaşı, digər yerli və xarici mütəxəssislər tərəfindən praktik və nəzəri dərslər keçirilir”, – deyə Rəhim Qədirov bildirib.

Oxşar xəbərlər