Raket zərbələrindən sonra Dubaya reyslər ləğv edilib? – AÇIQLAMA

May 5, 2026 11:37 / 227
Raket zərbələrindən sonra Dubaya reyslər ləğv edilib? – AÇIQLAMA
A-
A
A+

Yaxın Şərqdə baş verən son hadisələr fonunda BƏƏ istiqamətində uçuşlarla bağlı suallar yaranıb.

cbx-add

Turizmplus.az xəbər verir ki, Flydubai aviaşirkətinin Bakı nümayəndəliyinin rəhbəri Zöhrab Əliyev məsələ ilə bağlı açıqlama verib.

Onun sözlərinə görə, hazırda uçuş proqramında heç bir dəyişiklik yoxdur və reyslər plan üzrə davam edir.

“Hazırda heç bir dəyişiklik yoxdur, uçuşlar proqrama uyğun şəkildə həyata keçirilir”, – deyə o bildirib.

Eyni zamanda, Azərbaycan Hava Yolları (AZAL) tərəfindən də Dubay və Abu-Dabi istiqamətləri üzrə hər hansı dəyişikliklə bağlı rəsmi məlumat yayılmayıb.

Qeyd edək ki, regionda baş verən hadisələr fonunda bəzi uçuşlarda gecikmələr müşahidə olunsa da, hazırda əsas aviaşirkətlər reyslərini planlaşdırılmış qrafik üzrə davam etdirir.

Oxşar xəbərlər