QÜDRƏT HACIYEV: “Bizim məqsədimiz milli B2B həlli geniş kütləyə təqdim etməkdir – YENİ PLATFORMA

Milli B2B onlayn otel bronlama sistemi daha geniş auditoriyaya təqdim olunur – https://b2bregister.summertour.az Azərbaycan turizm bazarında uzun müddətdir fəaliyyət göstərən “Summer Tour Azərbaycan” şirkətinin B2B onlayn otel bronlama platforması artıq daha geniş auditoriyanın istifadəsinə açılır.

Turizmplus.az xəbər verir ki, platforma vasitəsilə turizm agentlikləri dünyanın dörd bir tərəfində yerləşən milyonlarla oteli rahat və operativ şəkildə bronlaşdırmaq imkanı əldə edirlər. İndiyə qədər yalnız müəyyən tərəfdaş qrupunun istifadə etdiyi bu sistem indi bütün yerli agentliklər üçün daha əlçatan olacaq.
Platformanın əsas üstünlükləri:
• Kredit limiti və ödənişdə rahatlıq
• Azərbaycan dilində 24/7 dəstək
• Rəqabətli qiymətlər və çevik bronlaşdırma
• Milli tərəfdaşlıq və şəffaf əməkdaşlıq prinsipi
Summer Tour Azərbaycan İcraçı direktoru Qüdrət Hacıyev bildirib:
“Bizim məqsədimiz turizm agentliklərinin fəaliyyətini daha da asanlaşdırmaq, onlara beynəlxalq bazarda rəqabət üstünlüyü qazandırmaq və milli B2B həlli geniş kütləyə təqdim etməkdir. Bu sistem uzun müddətdir işləkdir, indi isə daha çox tərəfdaşımız üçün açıq elan edirik.”
Şirkət ənənəvi olaraq hər il ən çox satış edən agentlikləri mükafatlandırır. Yeni mərhələdə isə B2B sistemindən ən çox istifadə edən top 3 agentlik xüsusi qiymətləndiriləcək. Bu, həm tərəfdaşların motivasiyasını artıracaq, həm də əməkdaşlığın daha da genişlənməsinə xidmət edəcək.
Əlavə məlumat və qeydiyyat üçün:
https://b2bregister.summertour.az