Növbəti biznes səhər yeməyi: MAXX və VOYAGE hotelləri Bakıda – FOTOLAR

Bakıda “Summer Tour” tur-opeatorunun təşkilatçılığı ilə “Maxx Royal” və “Voyage” hotellər şəbəkəsinin təqdimat mərasimi və biznes səhər yeməyi təşkil edilib.

Turizmplus.az xəbər verir ki, səhər yeməyində 80 şirkətin nümayəndəsi iştirak edib. Çıxış edən “Maxx Royal” hotellərinin satış nümayəndəsi Nigina Agamirzayeva brendlərdə həyata keçirilən yeniliklər, otaq potensialı və s. mövzular barədə danışıb, tədbir iştirakçılarının suallarını cavablandırıb.

Tədbir zamanı qonaqlara “Caja by Maxx” hotelinin fəaliyyəti və yeniliklər barədə məlumat verilib.
“Günaydın” restoranında təşkil edilən tədbir səhər yeməyi ilə davam edib.