Misirdə turist gəmisi batıb – İTKİN DÜŞƏNLƏR VAR
Misirin Marsa-Alam şəhəri yaxınlığında içərisində 30-dan çox turistin olduğu yaxta batıb.
Turizmplus.az Report.az-a istinadən xəbər verir ki, Qırmızı dənizdə Misirin Marsa-Alam şəhəri sahillərində batan “Sea Story” gəmisindən 28 nəfər xilas edilib.
Bu barədə Qırmızı dəniz vilayətinin qubernatoru Amr Hanafi məlumat verib.
Məlumata görə, “Sea Story” turist gəmisinin batması ilə bağlı hadisədən sonra 28 nəfər xilas edilib. İtkin düşən 17 nəfərin axtarışları davam edir.