Millət vəkilindən turizm üzrə ali təhsil ilə bağlı təklif – VİDEO
Milli Məclisdə turizm üzrə ali təhsil müəssisələrində təhsil müddətinin 4 ildən 3 ilə endirilməsi təklif edilib.
Turizmplus.az xəbər verir ki, bu barədə deputat, Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov parlamentin noyabrın 17-də keçirilən plenar iclasında “2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, Azərbaycanda turizm yönümlü ali təhsil müddətinin optimallaşdırılması mühüm əhəmiyyət daşıyır. Deputat qeyd edib ki, ölkədə turizm sektorunun sürətli inkişafı və turistlərin sayının artması bu sahədə ixtisaslı kadrlara tələbatı artırır.
Göydəniz Qəhrəmanov bildirib ki, təhsil müddətinin 3 ilə endirilməsi gənclərin əmək bazarına daha tez inteqrasiya olunmasına və xidmət sektorunun ixtisaslı kadrlarla daha operativ təmin edilməsinə imkan yarada bilər.

