İsmayıllı rayonunun İvanovka kəndində yerləşən və müasir tərzdə inşa olunmuş Magnolia Family Boutique Hotel & Spa istifadəyə verilib. Kompleksin açılışı bölgədə turizm infrastrukturunun inkişafına dəstək kimi qiymətləndirilir.

Turizmplus.az xəbər verir ki, 60 sot ərazidə inşa edilən hotel kompleksi 14 standart otaq, 4 kotec, 3 restoran və spa mərkəzindən ibarətdir. Layihənin ümumi investisiya dəyərinin 5 milyon manatdan artıq olduğu bildirilir. Yeni obyektin fəaliyyətə başlaması ilə 30-35 nəfərlik daimi məşğulluq da təmin olunub.
Qeyd edək ki, Magnolia Family Boutique Hotel & Spa həm yerli, həm də xarici turistlər üçün ailəvi istirahət, təbiətlə yaxınlıq və yüksək xidmət imkanları təqdim edir.
Mütəxəssislər bu təşəbbüsü təkcə yeni istirahət məkanı kimi deyil, eyni zamanda İsmayıllı rayonunun iqtisadi və turizm baxımından inkişafına töhfə verəcək addım kimi dəyərləndirirlər.








