USD 1.7
17 °C

İsrail-İran problemi müharibə ilə nəticələnə bilər?

Aprel 2, 2024 15:13 / 174
İsrail-İran problemi müharibə ilə nəticələnə bilər?
A-
A
A+

İran prezidenti İbrahim Rəisi çərşənbə axşamı bildirib ki, İsrailin Suriyanın Dəməşq şəhərindəki İran səfirliyinə endirdiyi və üç yüksək rütbəli iranlı komandirin ölümünə səbəb olan hava zərbələri cavabsız qalmayacaq.

cbx-add

“Mediaplus” xəbər verir ki, hökumət tərəfdarları isə küçələrə çıxaraq İsraildən qisas almağa çağırıblar.

İranın BMT-dəki səfiri Əmir Səid İrəvani dünya qurumuna ünvanladığı məktubda diplomatik binalara hücumun beynəlxalq hüquq və BMT nizamnaməsinə zidd olduğunu və regionun sülh və sabitliyinə təhdid olduğunu bildirib.

“New York Times” qəzetində yayımlanan məqalədə bildirirlir ki, İranın Dəməşqdəki səfirliyi kompleksinin bir hissəsinə edilən zərbə İranın Qüds Qüvvələrinin üç generalı və digər dörd zabitin ölümünə səbəb olub və bu, İsrail-İran arasında illərdir davam edən kölgə müharibəsinin ən ölümcül hücumlarından birinə çevrilib.

Belə olan halda nəşr qeyd edir ki, son olaylar iki ölkə arasında və daha geniş müharibənin də başlamasına səbəb ola bilər.

Oxşar xəbərlər