İspaniya turizmində tarixi rekord – 4 AYDA 31.5 MİLYARD AVRO GƏLİR
2024-cü ilin ilk ayında qəbul edilən turist sayını 14,5 faiz artıraraq 24 milyona çatdıran İspaniya turizm gəlirlərində də tarixi rekorda imza atıb.
Turizmplus.az xəbər verir ki, 2024-cü ilin aprel ayında İspaniyanın turizmdən əldə etdiyi gəlir əvvəlki ilin eyni ayına görə yüzdə 13,1 artaraq 9 milyard 565 milyon avroya çatıb. Əsas mənbə bazarları arasında İspaniyaya ən çox turizm gəliri verən ölkə 1 milyard 598 milyon avro ilə Böyük Britaniya, onu 1 milyard 405 milyon avro ilə Almaniya, 872 milyon avro ilə Fransa və 373 milyon avro ilə İtaliya olub.
Yanvar-aprel ayları arasındakı 4 aylıq dövrdə İspaniyanın turizm gəliri keçən ilin eyni dövrü ilə müqayisədə yüzdə 22,6 artaraq 31 milyard 513 milyon avroya çatıb. İspaniya 2019-cu ilin ilk 4 ayında turizmdən 22,5 milyard avro gəlir əldə edib ki, bu da turizmdə ən yaxşı il olub.
İspaniyada bir turistə düşən orta xərc aprel ayında 5,4 faiz artaraq 183 avroya çatdığı halda, bir turistə düşən orta xərc 4,4 faiz artaraq 1221 avroya çatıb.