USD 1.7
27 °C

İran İsrailə nə zaman cavab zərbələri endirəcək? – ABŞ MEDİASI

Aprel 12, 2024 22:28 / 110
İran İsrailə nə zaman cavab zərbələri endirəcək? – ABŞ MEDİASI
A-
A
A+

ABŞ mediasında yayılan xəbərlərə görə, İran sabah axşam saatlarınadək İsrailə cavab zərbələri endirəcək.

cbx-add

“Mediaplus” xəbər verir ki, bu barədə məlumat “Wall Street Journal (WSJ)” və “Bloomberg” nəşrlərində yayımlanıb.

Mövzu ilə bağlı məlumatlı kəşfiyyat mənbələrinə əsaslanan WSJ xəbərində İranın İsrail sərhədləri daxilində cənub və ya şimal bölgələrindəki hədəflərə birbaşa cavab verməyi planlaşdırdığı qeyd edilib.

İran hərbi rəsmilərinin Hayfa hava limanı və Dimonadakı nüvə obyekti də daxil olmaqla İsraildəki hədəfləri orta mənzilli raketlərlə vurmaq üçün hazırladığı planların İran lideri Ayətullah Əli Xameneidən təsdiq gözlədiyi iddia edilib.

Oxşar xəbərlər