Yaxın Şərqdə vəziyyət yenidən gərginləşib. İsrail və ABŞ-ın İranın nüvə proqramı ilə bağlı danışıqlar davam etdiyi bir vaxtda Tehrana qarşı başlatdığı hücumdan sonra İran tərəfi cavab zərbələri endirib.
Turizmplus.az xəbər verir ki, İran rəsmiləri ABŞ-ın hərbi bazalarının yerləşdiyi ölkələrdəki obyektlərin, ABŞ hərbçilərinin qaldığı otellərin və bəzi hava limanlarının vurulduğunu açıqlayıb.
Məlumata görə, hədəf alındığı iddia edilən obyektlər arasında aşağıdakılar yer alır:
-
Burj Al Arab
-
Fairmont The Palm
-
Crowne Plaza Manama
Həmçinin Bəhreynin paytaxtı Manamada yerləşən ERA Tower binasının da hücumlardan zərər gördüyünə dair məlumatlar yayılıb.
İddialara əsasən, ABŞ rəhbərliyi İran hücumları fonunda təhlükəsizlik tədbiri olaraq hərbçilərə “mülki geyimdə otellərdə yerləşmək” barədə göstəriş verib və bəzi otellərin bu səbəbdən hədəf seçildiyi irəli sürülür.
İranın misilleməsi çərçivəsində regionun aparıcı hava limanlarının da hədəf alındığı açıqlanıb. Bunlar arasında:
-
Dubai International Airport
-
Kuwait International Airport
-
Bahrain International Airport
Bundan əlavə, Erbil International Airport ərazisində yerləşən ABŞ hərbi bazası və həmin bazaya məxsus hava hücumundan müdafiə sisteminin də vurulduğu bildirilib.

