Heydər Əliyev Beynəlxalq Hava Limanında 5 fərqli peşə üzrə iş imkanı – VAKANSİYA
“ASG Business Aviation” şirkəti Bakı şəhərində yerləşən Heydər Əliyev Beynəlxalq Hava Limanı ərazisində çalışacaq, öz işində məsuliyyətli və 5–10 il iş təcrübəsi olan mütəxəssisləri işə dəvət edir.
Vakansiyalar və tələblər:
Boya və suvaq ustası: Minimum 5 il təcrübə; qara suvaq və boya işlərini peşəkar səviyyədə görmək bacarığı.
Keramika və qranit ustası: Minimum 5 il təcrübə; keramika və qranit üzlüklərinin vurulması üzrə peşəkar bilik və bacarıq.
Alçipan, asma tavan, qapı və plintus ustası: Minimum 5 il təcrübə; alçipan konstruksiyalarının, asma tavanların, qapı və plintusların quraşdırılması bacarığı.
Elektrik ustası: Minimum 10 il təcrübə; elektrik sistemlərinin quraşdırılması, təmiri və texniki xidməti üzrə peşəkar bacarıq.
Santexnika ustası: Minimum 10 il təcrübə; su təchizatı və kanalizasiya sistemlərinin quraşdırılması, təmiri və xidməti üzrə bacarıq.
İş şəraiti və ünvan:
İş yeri: Bakı şəhəri, Heydər Əliyev Beynəlxalq Hava Limanı.
Əmək şəraiti: Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi rəsmiləşdirmə.
Müraciət qaydası:
Müvafiq tələblərə cavab verən şəxslər CV-lərini mövzu hissəsində müraciət etdikləri vəzifənin adını (məsələn: Elektrik ustası) qeyd edərək hr@asg.az elektron poçt ünvanına göndərə bilərlər.

