Həmyerlimiz “Hilton” brendinin Bodrum hotelləri üzrə yeni vəzifəyə təyin olunub

Aprel 9, 2026 20:54 / 241
Həmyerlimiz “Hilton” brendinin Bodrum hotelləri üzrə yeni vəzifəyə təyin olunub
A-
A
A+

Azərbaycanlı hotelçi Ceyhun Əliyev Susona Bodrum LXR Hotels & Resort və DoubleTree by Hilton Isil Club Resort hotelləri üzrə Cluster Satış Direktoru Asistantı vəzifəsinə təyin edilib.

cbx-add

Turizmplus.az xəbər verir ki, Ceyhun Əliyev yeni vəzifəsində hər iki hotel üzrə satış strategiyalarının hazırlanması, tərəfdaş şirkətlərlə əməkdaşlığın genişləndirilməsi, bazar araşdırmaları və satış fəaliyyətlərinin koordinasiyası istiqamətində çalışacaq.

Qeyd edək ki, Susona Bodrum LXR Hotels & Resort Bodrumun premium istirahət hotellərindən biri hesab olunur. DoubleTree by Hilton Isil Club Resort isə ailəvi və yay turizmi üçün məşhur seçimlər sırasında yer alır.

Oxşar xəbərlər