USD 1.7
15 °C

Göydəniz Qəhrəmanov beynəlxalq onlayn platformalarla bağlı narazılıqlardan danışıb

İyul 11, 2024 12:24 / 409
Göydəniz Qəhrəmanov beynəlxalq onlayn platformalarla bağlı narazılıqlardan danışıb
A-
A
A+

“Yerləşmə və digər turizm xidmətləri göstərən xarici onlayn resurslarla turizm şirkətləri arasında rəqabətin və qiymət siyasətinin təşkilində narazılıqlar yaşanır”.

cbx-add

Turizmplus.az ATAA-ya istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli ilə turizm sahəsində sağlam rəqabətin qorunması və turizm xidmətləri göstərən xarici onlayn platformaların Azərbaycanda fəaliyyəti ilə bağlı məsələlərin müzakirə olunduğu görüşdə səsləndirib.

Sədr qeyd edib ki, bu platformaların yerli nümayəndəlikləri olmadığından problemlərin həll edilmə imkanının mümkünsüz olur.

Göydəniz Qəhrəmanov bununla əlaqədar olaraq, bu platformaların Azərbaycanda rəsmi qeydiyyatının olmasına ehtiyac duyulduğunu diqqətə çatdırıb.

Oxşar xəbərlər