“FlyArystan” bu istiqamət üzrə reysləri yenidən bərpa edir – MƏLUMAT

Fevral 9, 2026 11:33 / 97
“FlyArystan” bu istiqamət üzrə reysləri yenidən bərpa edir – MƏLUMAT
A-
A
A+

FlyArystan aviaşirkəti Aktau – Bakı – Aktau marşrutu üzrə reyslərini mövsümi formatda yenidən bərpa etdiyini açıqlayıb.

cbx-add

Turizmplus.az xəbər verir ki, uçuşlar 1 aprel tarixindən başlayaraq 23 oktyabradək həyata keçiriləcək. Reyslər həftədə iki dəfə — çərşənbə və cümə günləri icra olunacaq. Yeni mövsümi proqramın Bakı ilə Aktau arasında turizm və işgüzar səfərlərin artmasına müsbət təsir göstərəcəyi gözlənilir.

Bununla yanaşı, tərəfdaşlar üçün FlyArystan NDC sisteminə qoşulmaq imkanı yaradılıb. Bu sistem vasitəsilə aviabiletlərin daha sərfəli şərtlərlə rəsmiləşdirilməsi mümkündür. NDC platformasına qoşulmaq istəyən tərəfdaşların PASHA Travel ilə əlaqə saxlaması tövsiyə olunur.

Qeyd edək ki, PASHA Travel — FlyArystan hava yollarının Azərbaycanda rəsmi nümayəndəliyi (GSA) kimi fəaliyyət göstərir.

Oxşar xəbərlər