USD 1.7
15 °C

FƏRQLİ FİKİRLƏR: Turizmçilər “EMITT 2025” sərgisini necə qiymətləndirir?

Fevral 6, 2025 15:34 / 279
FƏRQLİ FİKİRLƏR: Turizmçilər “EMITT 2025” sərgisini necə qiymətləndirir?
A-
A
A+

Xəbər verdiyimiz kimi, Azərbaycanın turizm imkanları Türkiyənin İstanbul şəhərində işinə başlayan Şərqi Aralıq dənizi Beynəlxalq Səyahət və Turizm Sərgisində (“EMITT – 2025”) təbliğ olunur. Sərgi fevralın 7-də sona çatacaq.

cbx-add

Turizmplus.az turizmçilər arasında sərginin işi və aktivliklə bağlı sorğu keçirib.

“Bee Tours” şirkətinin rəhbəri Azər Hüseynov:

“Bee Tours” olaraq, mütəmadi beynəlxalq sərgilərdə iştirak edir və ölkəmizi təmsil etməyə çalışırıq. Bu tədbirlər, yeni bazarlar və partnyorlarla əlaqə qurmaqla yanaşı, sektordakı yenilikləri izləmək üçün vacibdir.

Sərgilərin əvvəlki qədər effektiv olmadığını görsək də, hədəfli görüşlər və texnologiya əsaslı təqdimatlar ön plana çıxır. Artıq sərgilər sadəcə əməkdaşlıq üçün deyil, sənayenin trendlərini anlamaq və strategiyaları düzgün qurmaq üçün də bir platformaya çevrilib.

Bizim əsas məqsədimiz Azərbaycanın turizm potensialını tanıtmaq və müştərilərimizə ən yaxşı xidməti təqdim etməkdir. Bu baxımdan, beynəlxalq sərgilərdə iştirak etməyə və sektorun inkişafını yaxından izləməyə davam edəcəyik.

“Baku Life Travel” şirkətinin direktoru Məltəm Qədimli:

“EMITT 2025” sərgisi keçən illərə nisbətən bu il zəif keçir. Lakin buna baxmayaraq səmərəli görüşlər də az deyil. Azərbaycanla yanaşı bir çox ölkələr hazirda “EMITT də” iştirak edirlər.

Şirkət olaraq gözləntilərimiz daha çoxdur. İnanıram ki, bundan sonrakı dövr düşündüyüm kimi olacaq.

Bundan əlavə ölkəmizi hər yerdə təmsil etmək qürurvericidir.

 “Flame Tours and Holidays” şirkətinin rəhbəri Elnur Mahmudov:

İstanbulda keçirilən 28-ci “EMITT” sərgisində bu il xüsusi aktivlik hiss olunur. Ötən illərlə müqayisədə iştirakçı və ziyarətçi sayı kifayət qədər çoxdur. Şirkətlər arasında əməkdaşlıq danışıqları intensiv şəkildə aparılır, yeni bazarlara çıxış imkanları müzakirə olunur. Azərbaycanın turizm sektoru təmsilçiləridə sərgidə fəal iştirak edir, potensial tərəfdaşlarla əlaqələr qururlar.

Ümumilikdə, EMITT 2025 turizm sənayesinin dinamik inkişafda olduğunu bir daha təsdiqləyir.

Oxşar xəbərlər