“FCC Travel”ın təşkilatçılığı ilə CVK Park Bosphorus Hotelin təqdimatı keçirilib – FOTOLAR

İyun 15, 2026 14:58 / 109
“FCC Travel”ın təşkilatçılığı ilə CVK Park Bosphorus Hotelin təqdimatı keçirilib – FOTOLAR
A-
A
A+

FCC Travel & Concierge Services tərəfindən İstanbulun nüfuzlu hotellərindən biri olan CVK Park Bosphorus Hotelin təqdimat tədbiri təşkil olunub.

cbx-add

Turizmplus.az xəbər verir ki, yüksək səviyyədə təşkil edilən tədbirdə turizm sektoru nümayəndələri və tərəfdaşlar iştirak ediblər. Təqdimat zamanı qonaqlara hotelin eksklüziv xidmətləri, müasir infrastrukturu, komfortlu yerləşdirmə imkanları və qonaqpərvərlik konsepsiyası barədə ətraflı məlumat verilib.

İstanbulun ən seçilən qonaqlama məkanlarından hesab olunan CVK Park Bosphorus Hotel öz dəbdəbəli atmosferi, yüksək xidmət standartları və peşəkar yanaşması ilə iştirakçılarda xoş təəssürat yaradıb.

Tədbir çərçivəsində turizm sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub, iştirakçılar arasında təcrübə mübadiləsi aparılıb və işgüzar əlaqələrin inkişafı istiqamətində faydalı görüşlər keçirilib.

FCC Travel & Concierge Services nümayəndələri bildiriblər ki, şirkət turizm sahəsində peşəkar yanaşması və yüksək xidmət keyfiyyəti ilə tərəfdaşlarını və qonaqlarını dəyərli təcrübələrlə bir araya gətirməyə davam edir.

Tədbirin sonunda təşkilatçılar iştirak edən bütün qonaqlara təşəkkürlərini bildirərək, gələcəkdə daha genişmiqyaslı layihələr çərçivəsində yenidən görüşmək arzusunu ifadə ediblər.

Oxşar xəbərlər