USD 1.7
27 °C

Emin Perit Uzun bu tur-operatorun yeni rəhbəri təyin edildi

İyun 11, 2024 14:20 / 491
Emin Perit Uzun bu tur-operatorun yeni rəhbəri təyin edildi
A-
A
A+

Emin Perit Uzun “FUN&SUN” turoperatorunun Azərbaycan nümayəndəliyinin rəhbəri təyin edilib.

cbx-add

Turizmplus.az xəbər verir ki, bu barədə rəsmi məluamt bu gün yayımlanıb.

Qarşılıqlı əməkdaşlıq əlaqələrinin formalaşdırılması və turizm bazarında sağlam rəqabətin qorunub saxlanılması məsələləri Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanovla FUN&SUN turoperatorunun Mərkəzi Asiya və Azərbaycan üzrə biznesin inkişafı direktoru Almas Tursunbay, şirkətin satış direktoru Maya Kurmaşova, eləcə də əməliyyatlar üzrə direktoru Lyudmila Braun və Azərbaycan üzrü rəhbəri Emin Perit Uzun ilə keçirilən işgüzar görüşdə müzakirə olunub.

Görüşdə Göydəniz Qəhrəmanov ilk olaraq FUN&SUN turoperatorunun Azərbaycan üzrü rəhbəri Emin Periti yeni təyinatı ilə bağlı təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.

Müzakirələr zamanı bundan öncəki illərdə FUN&SUN turoperatoru ilə turizm şirkətləri arasında iş münasibətlərinin qurulmasında yaşanan çətinliklər və həlli yolları, turizm sektorunda sağlam rəqabətin və qiymət siyasətinin düzgün formalaşdırılmamasının vacibliyi, həmçinin sənayenin inkişafında əməkdaşlığın üstünlükləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Öz növbəsində FUN&SUN turoperatorunun nümayəndələri ATAA üzvləri ilə gələcək biznes əlaqələrinin qurulmasında və əməkdaşlıqda maraqlı olduqlarını və əvvəlki dönəmlərdə meydana çıxan narazılıqların aradan qaldırılması istiqamətində müsbət nəticələrin əldə olunması üçün fəaliyyətlərini artıracaqlarını qeyd edib.

Oxşar xəbərlər