USD 1.7
11 °C

EMİL ƏLİYEV: “Bu mövsümdə biz uğurla 6,200 turisti Dohaya göndərdik”

Mart 6, 2025 12:49 / 158
EMİL ƏLİYEV: “Bu mövsümdə biz uğurla 6,200 turisti Dohaya göndərdik”
A-
A
A+

“Bu mövsümdə biz uğurla 6,200 turisti Dohaya göndərdik, sabit reys yüklənməsi və yüksək səviyyəli xidmət təmin etdik”.

cbx-add

Turizmplus.az xəbər verir ki, bu sözlər “Rustar Tourism” tur-operatorunun Bakı nümayəndəliyinin rəhbəri Emil Əliyev deyib. O, “Kazunion Touropeator” və “Rustar Tourism” şirkətlərinin Azərbaycan üzrə həmtəsisçisi olaraq  Qətər çarter proqramının və Maldiv adalarına uçuşların uğurla həyata keçirilməsində dəstək göstərən bütün tərəfdaşlarımıza və həmkarlarımıza dərin təşəkkürünü bildirib.

“Eyni zamanda, AZAL ilə birgə həyata keçirilmiş Maldiv uçuş proqramını başa çatdırırıq. Bu əməkdaşlıq sayəsində Maldivləri daha əlçatan, daha komfortlu və səyahətçilər üçün ən populyar istiqamətlərdən birinə çevirdik.

Bu layihə çərçivəsində Rustar Tourism qəbul edən şirkət (DMC) kimi çıxış edərək, yenidən Maldivlərdə ən yaxşı DMC statusunu təsdiqlədi.

Bu layihələrin uğurla həyata keçirilməsində göstərdiyi etimad və əməkdaşlığa görə Azərbaycan Hava Yollarına  xüsusi təşəkkürümüzü bildiririk. Turizm sahəsində yeni imkanlar yaratmaqla irəliləməyə davam edirik”, – deyə Emil Əliyev bildirib.

Qeyd edək ki, “Rustar Tourism”in təşkil etdiyi birbaşa Doha turları bu mövsüm üçün sona çatıb və növbəti mövsümdə davam edəcəyi gözlənilir.

Oxşar xəbərlər