USD 1.7
14 °C

Dünyanın turizm öncülləri Almaniyada bir araya gələcək – ITB BERLIN

Mart 1, 2025 16:00 / 134
Dünyanın turizm öncülləri Almaniyada bir araya gələcək – ITB BERLIN
A-
A
A+

Dünya turizm sektorunun ən böyük sərgilərindən biri olan Beynəlxalq Turizm Birjası (ITB Berlin) 3-6 mart 2025-ci il tarixləri arasında Almaniyanın paytaxtı Berlində keçiriləcək.

cbx-add

Turizmplus.az xəbər verir ki, Messe Berlin Sərgi Mərkəzində keçiriləcək yarmarkada dünyanın hər yerindən, o cümlədən Azərbaycandan sektorun aparıcı nümayəndələri, turoperatorlar, turizm agentlikləri, mehmanxanaçılar və texnologiya provayderləri iştirak edəcək.

Saytımızın əldə etdiyi məlumata görə, milli aviaşirkət, “Absheron Hotel Group”, “ULU Hospitality Group” və 8 gəlmə turizm şirkəti ölkəmizi sərgidə təmsil edəcək.

Qeyd edək ki, bu il ITB Berlin 2025-in mövzuları arasında davamlılıq, rəqəmsallaşma və innovativ turizm həlləri önə çıxır. Sərgidə ekoloji və sosial məsuliyyətlə fəaliyyət göstərən turizm biznesləri, həmçinin süni intellekt və virtual reallıq kimi texnologiyaların turizm sektoruna inteqrasiyası müzakirə olunacaq.

Oxşar xəbərlər