USD 1.7
26 °C

DİQQƏT: Madrid, Barselona və s. şəhərlərdə turistlərə MƏHDUDİYYƏTLƏR TƏTBİQ EDİLƏCƏK

İyun 11, 2025 16:46 / 207
DİQQƏT: Madrid, Barselona və s. şəhərlərdə turistlərə MƏHDUDİYYƏTLƏR TƏTBİQ EDİLƏCƏK
A-
A
A+

Avropada artan turist axını nəticəsində İspaniyanın əsas turizm şəhərləri – Madrid, Barselona, Majorca və Tenerife – artıq ciddi təzyiqlərlə üz-üzədir. Həm yerli əhalinin narazılığı, həm də infrastrukturun həddindən artıq yüklənməsi səbəbilə bu şəhərlərdə müxtəlif məhdudlaşdırıcı tədbirlər həyata keçirilməyə başlanılıb.

cbx-add

Turizmplus.az Avropa KİV-lərinə istinadən xəbər verir ki, Barselonada şəhər rəhbərliyi turist vergisini 2025-ci ilin yayından etibarən artırmağa qərar verib. Hal-hazırda qonaqlardan gecələdikləri hər gün üçün alınan əlavə ödənişlərin məbləği artırılaraq şəhərin infrastruktur ehtiyaclarının qarşılanmasına yönəldiləcək.

Majorca və İbiza adalarında isə “eco-tax” adlı xüsusi vergi sistemi artıq tətbiq olunur və yay aylarında bu rəqəmlər ikiqat artırıla bilər.

Tenerife adasında yerli administrasiya müəyyən turistik zonalarda gündəlik turist sayına limit qoymağı planlaşdırır. Bu addım, xüsusilə milli parklar və qorunan ərazilərin ekoloji tarazlığını qorumağa xidmət edir.

Barselonada da məşhur “Park Güell” və “La Sagrada Familia” kimi obyektlərdə ziyarət saatları və bilet satışı artıq sərtləşdirilib, öncədən onlayn rezervasiya məcburiyyəti tətbiq olunur.

Qeyd edək ki, 2024-cü ilin yayında Barselona 6 milyon, Madrid isə 8 milyona yaxın xarici turist qəbul edib. Majorca və Tenerife kimi adalarda əhalinin sayı ilə turist axını nisbəti 1:8 təşkil edir. Yerli sorğulara görə, ispanların 65%-i artıq turizmin “idarəedilməz” səviyyəyə çatdığını düşünür.

Oxşar xəbərlər