USD 1.7
26 °C

“Centrum Air” bu istiqamətdən Bakıya uçuşlara başlayıb

May 12, 2025 13:57 / 143
“Centrum Air” bu istiqamətdən Bakıya uçuşlara başlayıb
A-
A
A+

2025-ci ilin 5 may tarixindən etibarən Özbəkistanın “Centrum Air” aviaşirkəti Daşkənd-Bakı marşrutu üzrə müntəzəm birbaşa uçuşlara başlayıb. Reyslər hər həftənin bazar ertəsi günü Airbus A320 tipli təyyarələrlə həyata keçirilir.

cbx-add

Turizmplus.az xəbər verir ki, yeni aviareysin istifadəyə verilməsi iki qardaş ölkənin paytaxtları arasında birbaşa hava əlaqəsini təmin etməklə turizm, biznes humanitar əməkdaşlıq sahələrində yeni imkanlar yaradır. Bu addım həmçinin regionda hava nəqliyyatı əlaqələrinin inkişafına, eləcə sərnişinlərin rahatlığının artırılmasına xidmət edir.

Daşkənd – Özbəkistanın ən iri şəhəri olmaqla yanaşı, Mərkəzi Asiyanın əsas iqtisadi, mədəni nəqliyyat mərkəzlərindən biri kimi tanınır. Bakı isə Avropa ilə Asiyanı birləşdirən aparıcı hava nəqliyyatı qovşağı olaraq beynəlxalq əlaqələrini genişləndirməyə davam edir.

Yeni reyslər Heydər Əliyev Beynəlxalq Aeroportu vasitəsilə həyata keçirilir. Qeyd edək ki, bu hava limanı Azərbaycanın əsas hava qapısı olmaqla yanaşı, Cənubi Qafqazın regionun ən müasir nəqliyyat mərkəzlərindən biri hesab olunur.

Oxşar xəbərlər