Bu tarixdə Bakıda Estoniya səfirliyi açılacaq

Avqust 4, 2026 18:15 / 88
Bu tarixdə Bakıda Estoniya səfirliyi açılacaq
A-
A
A+

2026-cı ilin payızında Bakıda Estoniya səfirliyi açılacaq.

cbx-add

Turizmplus.az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Estoniyanın Xarici İşlər Nazirliyindən bildirilib.

“Estoniyanın yeni təyin olunmuş səfiri Tiina Nirk hazırda Bakıdadır, Estoniya səfirliyinin açılışı isə payıza planlaşdırılır”, – XİN nümayəndəsi bildirib.

Xatırladaq ki, 2025-ci ilin oktyabrında Estoniyanın xarici işlər naziri Marqus Tsahkna 2026-cı ildə Bakıda Estoniya səfirliyini açmaq planlarını elan etmişdi.

İndiyə qədər Estoniyanın Azərbaycandakı diplomatik missiyası iqamətgahı Ankarada (Türkiyə) olmaqla fəaliyyət göstərirdi.

Oxşar xəbərlər