USD 1.7
4 °C

Bu istiqamətdən Bakıya yeni reyslər planlaşdırılır

Yanvar 23, 2025 15:13 / 161
Bu istiqamətdən Bakıya yeni reyslər planlaşdırılır
A-
A
A+

Qazaxıstan Şımkent hava limanının yeni terminalından Avropa və Asiyaya, o cümlədən Azərbaycana yeni reyslərin açılmasını planlaşdırır.

cbx-add

Turizmplus.az “Report”a istinadən xəbər verir ki, yeni terminal bazasında 14 daxili və 16 beynəlxalq marşrutun açılması planlaşdırılır. Bu, sərnişinlərə Avropa İttifaqı ölkələrinə, Çin, Cənubi Koreya, Cənub-Şərqi Asiya ölkələri, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Belarus və digər populyar beynəlxalq istiqamətlərə səyahət etmək imkanı verəcək.

“Hazırda yeni terminalda Qazaxıstan üzrə müntəzəm reyslərə xidmət göstərilir. Yaxın gələcəkdə reyslərin bir hissəsi həm Qazaxıstan, həm də xarici aviadaşıyıcıları qəbul edəcək yeni terminala köçürüləcək”, – məlumatda qeyd olunub.

Yeni terminalda sərhəd nəzarəti və gömrük avadanlıqlarının quraşdırılması başa çatdıqdan sonra beynəlxalq sektor və tranzit zona açılacaq.

“Yeni terminalın açılması və aviasiya habının inkişafı ilə regiondan həyata keçirilən istiqamətlərin sayı 45-ə çatacaq. Yaxın planlarda marşrut şəbəkəsinin genişləndirilməsi var. Buraya Bakı istiqamətində genişləndirilmə də daxildir”, – məlumatda bildirilib.

Şımkentin köhnə terminalı həm beynəlxalq, həm də daxili reyslərə xidmət göstərməklə adi rejimdə fəaliyyətini davam etdirir. Gün ərzində təxminən 15 reys həyata keçirilir ki, bunlardan 6-sı daxili, 9-u isə beynəlxalq reysdir. Populyar istiqamətlərə Astana, Almatı, Aktau, Atırau, Semey, Aktöbe, İstanbul, Moskva, Antalya, Dubay, Mədinə, Ciddə, Şarm əl-Şeyx, Phuket və Kutaisi daxildir.

“Beynəlxalq zonanın yaradılması başa çatdıqdan sonra köhnə terminal tədricən reyslərdən azad ediləcək. Həm daxili, həm də beynəlxalq istiqamətlər üzrə əsas yük yeni terminala keçəcək”, – məlumatda qeyd edilib.

Oxşar xəbərlər