Bodrumdakı məşhur hotel və villalar fəaliyyətini DAYANDIRDI

İyul 6, 2026 11:37 / 77
Bodrumdakı məşhur hotel və villalar fəaliyyətini DAYANDIRDI
A-
A
A+

odrumun Gölköy bölgəsində yerləşən məşhur Scorpios Bodrum fəaliyyətini müvəqqəti dayandırdığını açıqlayıb.

cbx-add

Turizmplus.az xəbər verir ki, qərar obyektin fəaliyyət göstərdiyi Maxx Royal Bodrum Resort ilə yaşanan mübahisələrdən sonra qəbul edilib.

Məlumata görə, tərəflər arasında fikir ayrılığı Maxx Royalın bu il “hər şey daxil” (all inclusive) konsepsiyasına keçməsindən sonra yaranıb. Scorpios rəhbərliyi bu dəyişikliyin fəaliyyətinə mənfi təsir göstərdiyini hotel rəhbərliyinin diqqətinə çatdırıb.

Bundan sonra Maxx Royal rəhbərliyi Scorpios tərəfindən icarəyə götürülərək istismar edilən təxminən 17–18 villanın boşaldılması və geri qaytarılması tələbi ilə rəsmi bildiriş göndərib. Bu isə tərəflər arasında gərginliyi daha da artırıb.

Yerli KİV-in məlumatına əsasən, daha sonra bələdiyyə əməkdaşları obyektdə yoxlama apararaq icazə verilən səs səviyyəsinin 19,2 desibeldən artıq olması səbəbindən Scorpiosa 419 min 500 türk lirəsi məbləğində cərimə tətbiq ediblər.

Baş verən hadisələrdən sonra Scorpios Bodrum rəsmi açıqlama yayaraq fəaliyyətini müvəqqəti dayandırdığını elan edib.

Oxşar xəbərlər