USD 1.7
10 °C

“Baku Holiday Travel” Birləşmiş Millətlər Təşkilatının Qlobal Sazişinə qoşulub

Sentyabr 28, 2024 15:20 / 345
“Baku Holiday Travel” Birləşmiş Millətlər Təşkilatının Qlobal Sazişinə qoşulub
A-
A
A+

Davamlı inkişaf və korporativ prinsipləri dəstəkləyən “Baku Holiday Travel” Azərbaycanda BMT-nin Qlobal Sazişinə (UN Global Compact) qoşulub.

cbx-add

BMT-nin baş katibinin təşəbbüsü ilə 2000-ci ildə əsası qoyulmuş BMT-nin Qlobal Sazişi daha dayanıqlı və məsuliyyətli bizneslərin yaradılması üçün çərçivəni təklif edir. 160-dan çox ölkədən 10,000 şirkət və 3,000 qeyri-biznes qurumu, eləcə də 60-dan çox yerli şəbəkəni bır araya gətirən BMT-nin Qlobal Sazişi bu gün dünyanın ən böyük korporativ dayanıqlılıq təşəbbüsüdür. BMT-nin Qlobal Sazişinin 10 prinsipi İnsan Hüquqları haqqında Ümumi Bəyannamə, İşdə əsas prinsiplər və hüquqlar üzrə Beynəlxalq Əmək Təşkilatının Bəyannaməsi, Ətraf Mühit və İnkişaf haqqında Rio Bəyannaməsi və BMT-nin Korrupsiya əleyhinə Konvensiyası əsasında hazırlanıb.

“Baku Holiday Travel” (BHT) şirkətinin rəhbəri Ramil Rzayev – “ BMT-nin Qlobal Sazişinə qoşulmaqla Baku Holiday Travel şirkətinin əməkdaşlarımızla birlikdə turizm sektoruna daha böyük töhvə verəcəyinə, sazişin ekoloji, sosial və korporativ idarəetmə istiqamətində olan 10 prinsipini öz fəaliyyət və strategiyamızda cəmiyyətə yararlı olacaq şəkildə tətbiq edəcəyik.” – deyə bildirib.

Qeyd edək ki, 11 ildir turizm sektoruna müsbət dəyərlər verən, IATA akreditasiyası olan turizm agenti olaraq, Baku Holiday Travel Group of Companies tərkibində fəaliyyət göstərməkdən qürur duyur və müxtəlif ixtisaslaşmış xidmətlər təklif edir.

Oxşar xəbərlər